EURO PALET NÖVLƏRİ





Euro palet digər palet növlərindən fərqlənir. Euro Paletlerin hazırlanmasında qurudulmuş taxta istifadə edilməkdədir. Euro palet, taxta göbələyi və ya həşəratların yaranması kimi problemləri olmayan, ətraf mühitə dost bir məhsuldur. İstifadəsi rahat olan bu məhsullar Beynəlxalq Dəmir Yolları Birliyinin icazəsi ilə ticarət edən ölkələrdə geniş şəkildə istifadə olunur. Üzərindəki möhür və lisenziyalar vasitəsilə digər palet növlərdən fərqlənir.
Euro paletlərin standart ölçüləri vardır. Bu standart ölçülər dəyişdirilə bilməz. Euro paletin ən geniş yayılmış ölçüləri 80x120 olaraq standartlaşdırılmışdır. İstifadə olunan xammal əsasən şam ağacıdır. Euro Paletlər xüsusi sertifikatlaşdırılmış (EPAL) mismarları ilə istehsal edilir.
Təxmini orta çəkisi 30-35 kg arasında dəyişir. Ağırlıq olaraq 1500-2000kg-dan çox yük götürmə qabiliyyətinə malikdir. Standart ağırlığı üstündə aparma həcmi sayəsində ticarət üçün lazım olan məhsuldur.