AZPIM MMC Haqqında
"AZPIM" MMC 10 il!
"AZPIM" MMC müştərilərin tələblərini rəhbər tutaraq, keyfiyyətli, sərfəli və sifarişlərin vaxtında çatdırılmasına görə Qafqazda və Azərbaycanda ilk və yeganə, palet istehsal müəssisəsidir.
"AZPIM" MMC standart olaraq EURO palet (EUR), Kimya sənayesi üçün palet (CP), İstənilən ölçüdə Taxta Palet və ikinci əl paletlərin istehsalı və satışını həyata keçirir.
"AZPIM" MMC xammal taxtaları davamlı olaraq Almaniyanın "EURO BLOCK", və mismarları Türkiyənin "Beksan Çivi TEL MAKINA IML. SAN. ve TIC. A.Ş" firmalarından alır.
"AZPIM" MMC İstehsal prosesini təkmilləşdirmək üçün ən son texnologiya və standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuşdur. Palet istehsalı üçün avadanlıqları müvafiq olaraq İtaliyanın "STORTİ" və Türkiyənin "FORM MAKINA" şirkətilərindən alınmışdır.
"AZPIM" MMC "ISPM-15" sertifikatını əldə etmişdir. İtalyanın "BİG on DRY" şirkətindən aldığı quruducu avadanlıq sayəsində istismara hazır olan paletləri "ISPM-15" satndarınta uyğun olaraq tam qurudur. Paletin nəmlik səviyyəsi 22%-i keçmir. Bununla belə paletlər, su altında deformasiya olunmur və zərərli orqanizmlər tam məhv edilir.
"ISPM-15" standartı Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən müəyyən edilmiş standartdır. Bu standart taxta materialları ilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaq, fitosanitar tədbirlər üçün nəzərdə tutulmuşdur.
"AZPIM" MMC Keyfiyyət və İdarə etmə sertifikasiyalarını müvəfəqiyyətlə keçərək, ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 sertifikatlarını əldə etmişdir.


