"Azpim" MMC-nin veb səhifəsinə xoş gəlmisiniz!
"AZPIM" MMC müştərilərin tələblərini rəhbər tutaraq, keyfiyyətli, sərfəli və sifarişlərin vaxtında çatdırılmasına görə Qafqazda və Azərbaycanda ilk və yeganə, palet istehsalçısıdır. "AZPIM" MMC standart olaraq EURO palet, Kimya sənayesi üçün palet (CP), İstənilən ölçüdə Taxta Palet və ikinci əl paletlərin istehsalı və satışını həyata keçirir. "AZPIM" MMC xammal taxtaları davamlı olaraq Almaniyanın "EURO BLOCK", və mismarları Türkiyənin "Beksan Çivi TEL MAKINA IML. SAN. ve TIC. A.Ş" firmalarından alır.
İstehsal prosesini təkmilləşdirmək üçün müəssisə ən son texnologiya və standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuşdur. Palet istehsalı və qurutma üçün avadanlıqlar müvafiq olaraq İtaliyanın "STORTİ" və "BİG on DRY" firmalarından alınmışdır. Hər iki avadanlıq avtomatlaşdırılmış son texnologiya ilə təchiz olunmuş və dünya standartlarına cavab verir. Quruducu avadanlıq (BİG on DRY) 200 m3 taxta qurutma gücünə malikdir. Quruducu sahədə istismara hazır olan Paletlər, su altında deformasiya olunmur.
Müasir avadanlıqlarla təchiz olunmuş müəssisəmiz, Palet istehsalı üçün "AZPIM" MMC ilə EPAL (Avropa Palet Birliyi) arasında müqavilə bağlanmış və EPAL standaratı alınmışdır. Əlavə olaraq CP və İSPM 15 standartlarıda alınmışdır.
"AZPIM" MMC fəaliyyətini Sumqayıt şəhəri S.Vurğun 1 ünvanında yerləşən ərazidə həyata keçirir.

Keyfiyyət
Azpim şirkəti xaricdən idxal olunmuş taxta xammaldan Avropa standartlarına tam cavab verən məhsullar istehsal edir

Məhsullar
Yüksək keyfiyyətli xammaldan müasir istehsal xəttində hazırlanmış müxtəlif çeşiddə və ölçülərdə polletlər

Termiki emal
Beynəlxalq fitosanitar normalara uyğun olaraq bütün istehsal etdiyimiz məhsullar termiki fitosanitar emal prosesindən keçir